Qubada yol qəzasında 56 yaşlı qadın həyatını itirib

Qubada yol qəzasında 56 yaşlı qadın həyatını itirib
08:12 21 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Gecə saatlarında Quba rayonunun Ağbil kəndi ərazisində “VAZ” və “Azsamand” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Dərhal FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1960-cı il təvəllüdlü Şamxalova Lida İlyasovanın meyitini və digər avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişin çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qubada-yol-qezasinda-56-yasli-qadin-heyatini-itirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR