İki avtomobil toqquşub, xəsarət alanlar var

İki avtomobil toqquşub, xəsarət alanlar var
08:32 21 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Göygöl-Toğana avtomobil yolunun Göygöl şəhəri ərazisindən keçən hissəsində qeydə alınan qəzada iki avtomobil toqquşub. Qəza zamanı sürücülərdən biri 1996-cı il təvəllüdlü Məmməd Mahiyyədin oğlu Məmmədov və digər avtomobilin sərnişini, 1956-cı il təvəllüdlü Ayaz Müzəffər oğlu Aşurov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/481612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR