Atəşkəs 28 dəfə pozuldu

Atəşkəs 28 dəfə pozuldu
09:24 21 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub.

 


Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 


İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR