FETÖ-nün dondurulan maliyyə hesabları açıqlandı – İLK DƏFƏ

FETÖ-nün dondurulan maliyyə hesabları açıqlandı – İLK DƏFƏ
09:43 21 Oktyabr 2016
88 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə hökuməti ilk dəfə olaraq “Fətullahçı Terror Təşkilatının” (FETÖ) maliyyə hesablarını açıqlayıb.

Publika.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı maliyyə naziri Naci Ağbal açıqlayıb.

Nazir bildirib ki, 15 iyul hadisələrindən sonra FETÖ-yə məxsus hesablardan 385 milyon lirə pul və 87 milyon lirə çek və digər maliyyə sənədlərinə əl qoyulub. İndiyədək ümumilikdə 4 min 482 FETÖ ilə əlaqəli olan təşkilat bağlanıb. Həmin təşkilatlara məxsus 3 min 361 bina, 7.2 milyon kvadrat metr ərazi dövlətin balansına keçirilib. FETÖ-yə bağlı olan 1000-dən çox bank hesabı isə dondurulub”.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR