Bakıda DƏHŞƏT: 19 yaşlı qız 9-cu mərtəbədən yıxıldı

Bakıda DƏHŞƏT: 19 yaşlı qız 9-cu mərtəbədən yıxıldı
09:54 21 Oktyabr 2016
175 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

 

Məlumata görə, hadisə oktyabrın 20-də gecə saatlarında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini - 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR