Müharibə başlayır? - Rusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

Müharibə başlayır? - Rusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi
10:05 21 Oktyabr 2016
314 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Şərqi Hərbi Dairəsinin Kuril adalarındakı qoşunlarının döyüş hazırlığı səviyyəsinin yoxlanılmasına başlanılıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə dairənin mətbuat xidmətinin rəisi polkovnik Aleksandr Qordeyev deyib. 

"Dairə qərargahının komissiyası Şərqi Hərbi Dairəsinin Kuril adalarında yerləşən hərbi hissələrinin yoxlanışına başlayıb. Yoxlama çərçivəsində adalardakı hərbi hissələr yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib", - deyə Qordeyev bildirib. 

Təlimlər planına əsasən, "Qrad" reaktiv yaylım sistemlərindən dəniz hədəflərinə döyüş atışlarının həyata keçirilməsi və "Orlan" tipli pilotsuz uçan aparatlardan istifadə edilməsi nəzərdə tutulub. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR