"İçerde" satıldı - 6-cı seriyanın treyleri

"İçerde" satıldı - 6-cı seriyanın treyleri
10:06 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Show TV-nin qısa müddətdə reytinqlərdə liderliyi ələ keçirən serialı "İçerde" daha bir uğura imza atıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Fransanın Kann şəhərində keçirilən MİPCOM televiziya festivalında serial xarici telekanalların maraq dairəsinə düşüb.

Çili televiziyası "Ay Yapım"ın 4 serialının yayım haqqını alıb. Həmin seriallardan birincisi "İçerde" olub. Xarici ölkələrə "İnsider" adıyla  təqdim olunan ekran işi Cənubi Amerikada nümayiş olunacaq.

Telekanal eyni zamanda Kıvanç Tatlıtuğ və Tuba Büyüküstünün baş rollarda çəkildiyi "Cesur ve Güzel"i(Brave and Beautiful) də bu siyahıya qatıb. Bundan başqa Kerem Bursin və Gürkan Uygunun baş rollarda çəkiləcəyi "Bu Şehir Arkandan Gelecek" və Akilah Azra Kohenin yazdığı "Fi Pi Çi"nin haqları da satın alınıb.

Qeyd edək ki, "İçerde" serialının 6-cı seriyasının treyleri yayılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR