"Bakı Metropoliteni" avtobus alır

"Bakı Metropoliteni" avtobus alır
10:12 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC oturacaqlarının sayı 26-30 olan avtobusun satın alınmasına dair açıq tender keçirir.
"Report"un "Respublika" qəzetinə istinadən verdiyi xəbərə görə, 1 lot üzrə keçirilən müsabiqədə iştirak haqqı 200 manat təşkil edir.
İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 noyabr saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə 6 dekabr saat 15:00-dək Bakı şəhəri, Mikayıl Rəfili küçəsi,20 ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 7 dekabr saat 15:00-da həmib ünvanda açılacaq. Tədbirdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-metropoliteni-qsc-avtobus-alir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR