88 saylı marşrutda gediş haqqı kartla ödəniləcək

88 saylı marşrutda gediş haqqı kartla ödəniləcək
10:13 21 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

1 noyabr 2016-ci il tarixindən etibarən Çinar Trans MMC-nin istismarında olan 88 saylı marşrut xəttində “Bakı Kart” vahid elektron ödəniş sistemi tətbiq olunmağa başlayacaq.

Bu barədə "Çinar-Trans" MMC-nin direktoru Etibar Manafov bildirib. Onun sözlərinə görə, "K Group" və Türkiyənin "Kent Kart" şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində birinci mərhələdə bir marşrut xəttində 30 avtobusa kart oxuyan cihazlar - validatorlar quraşdırılıb:

"Sürücü və dispetçerlər müvafiq təlimlərdən keçib. Şirkətin inzibati binasında xüsusi monitorinq mərkəzi yaradılıb. Layihənin ərsəyə gəlməsində Bakı Nəqliyyat Agentliyinin xüsusi dəstəyi olub. (musavat.com)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/172969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR