Torpaq üstündə qaçqın qaçqını xəstəxanalıq etdi

Torpaq üstündə qaçqın qaçqını xəstəxanalıq etdi
10:22 21 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən axşam Ağdam qaçqını, Salyan rayonunun Yenikənd kəndində məskunlaşmuş 40 yaşlı Əliyev Cahandar Məmməd oğlu döyülmə nəticəsində bədən xəsarətləri alıb və Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Milli.Az xəbər verir ki, Cahandar Əliyevin virtualaz.org saytına verdiyi məlumata görə, onu əslən Cəbrayıl qaçqını olan, Bakı şəhərində yaşayan, imkanlı bir şəxs kimi tanınan Nuru Şahməmmədov döyərək xəsarət yetirib.

Belə ki, Cahandar 5 nəfərlik ailəsini dolandırmaq üçün məskunlaşdığı ərazidə saxladığı heyvanları otarmaq məqsədilə dövlət fondundan 3 hektar torpaq icarəyə götürüb. Amma Yenikənddə heyvandarlıqla məşğul olmağa başlamış Nuru Şahməmmədov iddia edir ki, Cahandarın istifadə etdiyi torpağın bir hissəsi onun istifadəsində olan əraziyə daxildir. Beləcə aralarında xeyli vaxtdır ki, mübahisə gedir. Bu səbəbdən Cahandar Salyan RİH-ə şikayətə getdikdən sonra əraziyə baxış keçirilib və mübahisəli torpaq sahəsinin qanunla onun istifadəsində olduğu təsdiqlənib.

Bu isə əks tərəfə xoş gəlmədiyindən dünən Nuru Şahməmmədov kənddə mübahisə zəminində Ağdam qaçqını Cahandar Əliyevə "Mercedes" markalı maşınından götürdüyü çoban ağacı ilə boyun və kürək nahiyəsindən 2 zərbə vurub. Cahandar deyir ki, yaxınlıqda olan kənd camaatı onu döyəni zorla sakitləşdirə bilib.

Mübahisə zəminində Cahandar ona dövlət orqanlarına şikayət edəcəyini dedikdə isə N.Şahməmmədov özünün polkovnik olduğunu, heç kimdən çəkinmədiyini bildirib. Cahandar Əliyev onu da bildirdi ki, Nuru Şahməmmədov hadisəni törədərkən içkili vəziyyətdə olması açıq-aşkar sezilirdi. Sonradan məlum olub ki, Nuru Şahməmmədov DİN-in Hospitalında bir vaxtlar həkim işləyib, istefada olan polkovnik-leytenantdır.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR