Balaxanının sirli evləri - FOTOLAR

Balaxanının sirli evləri - FOTOLAR
10:23 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

XIX əsrin sonları XX əsrin əvvəlləri Bakı lap XXI əsrdəki kimi, bəlkə də indikindən daha güclü bir neft bumu yaşayırdı. Avropadan, Amerikadan, dünyanın başqa bucaqlarından insanlar Bakı neftinə şərik çıxmaq, varlanmaq üçün Azərbaycana axışırdılar.

Əcnəbilərin neftimizə göstərdikləri böyük maraq o vaxta qədər necə qiymətli bir sərvətin içində yaşadıqlarının fərqinə varmayan yerlilərin də diqqətini çəkmişdi. Tədricən, doğma torpaqlarının sərvətindən istifadə eləyib zənginləşən milyonerlər peyda olmağa başlayırdılar. Onlar əcnəbilərdən sadəcə varlanmağı öyərnmirdilər, həm də mədəniyyətləri ilə tanış olurdular. Bu tanışlığın əlamətlərini onların geyim tərzlərində, evlərinin memarlığında görmək mümkün idi.



Bakının Balaxanı qəsəbəsindəki sirli evlər də həmin dövrün yadigarlarıdı. Ancaq bu evlərin yeganə məziyyəti təkcə neft maqnatlarına məxsus olmaları deyil. Yox. Onların başqa bir özəlliyi var: divanları, tavanları, qapı, pəncərə aralıqları cürbəcür maraqlı rəsmlərlə bəzədilib.



Balaxanılı rəssam Əzizbala deyir ki, ev sahiblərinin bir qismi 20-ci illərdə Sovet hökuməti qurulanda həbs olunublar, bəzilərini də 37-ci il repressiyalarında güllələyiblər: “Onların nəsillərindən qalanlar da 41-45 müharibəsində qırıldılar, kimisi cəbhədə, kimisi də aclıqdan. Elə bu evləri də həmin dövrdə un, çörək qarşılığında başqalarına satıblar”.



Rəssamın dediyinə görə, belə evlərdən Pirşağıda, Kürdəxanıda və şəhərdə də var. Lap çox pulu olanlar məscid də tikdirirlərmiş. Məsələn, Nizami metrosunun arxasında yerləşən Hacı Soltan Əli məscidi balaxanılı neft maqnatı Hacı Soltan Əli tərəfindən tikdirilib.

Fotolar həmin evlərdən birində - XIX əsrdə balaxanılı Molla Ağanın mülkündə çəkilib. (Xeber365.com)





























Orxan Əzim


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR