Futbol üzrə dünya çempionatı - 2018-in talismanı cümə günü Rusiyanın Birinci kanalında yayımlanan "Veçerniy Urqant" verilişində elan olunacaq.
Milli.Az Report-a istinadən xəbər verir ki, o, canavar, pişik və pələng personajları arasından ümumxalq səsverməsi yolu ilə seçilib.
Səsvermə sentyabrın 23-dən FİFA-nın rəsmi saytında və təşkilatın sosial şəbəkələrdəki səhifələrində start götürüb və Bakı vaxtı ilə cümə axşamı 21:18-də başa çatıb. Bu gün bütün arzu edənlər Birinci kanalın saytında səsverməni davam etdirə bilərlər. "Veçerniy Urqant" verilişi Bakı vaxtı ilə 00:30-da efirə gedəcək.
Milli.Az