İşıqforda salfet satan 6 yaşlı uşağı öldürdülər

İşıqforda salfet satan 6 yaşlı uşağı öldürdülər
10:47 21 Oktyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə sürücцlərin "qovalama şousu" faciəylə bitib.

Milli.Az milliyet-ə istinadən xəbər verir ki, Konyada minik avtomobili ilə mikroavtobus sürücüsünün "qaçdı-qovdusu" zamanı meydana gələn qəzada işıqforun qırmızı işığında salfet satan 6 yaşlı Yakup Çiçək ölüb.

Onun 8 və 10 yaşlı iki qardaşı isə ağır yaralanıb.

Qəza sonrası minik avtomobilinin sürücüsü Atilla Mayda hadisə yerində polis tərəfindən nəzarətə götürülüb. Qaçmaq istəyən mikroavtobus sürücüsü Cumaali Çətin isə avtomobil təmirxanasında ələ keçib.

Qəzayla əlaqədar istintaq davam etdirilir.

Təhməz Təkin

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR