"Özüm də bilirdim ki, hazır deyiləm"

"Özüm də bilirdim ki, hazır deyiləm"
10:47 21 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov PAOK-la oyun başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, brifinqdə kapitan 2:0 hesablı qələbəni dəyərləndirib.

- Necə düşünürsən, artıq yükü çiynimizdən atmış hesab olunuruq?
- Xeyr, əksinə əsl yük indən belə başlayır. Şanslar bərabərləşdi. Nəzərə almalıyıq ki, səfərdə PAOK-la daha bir oyunumuz var. Bundan sonra daha soyuqqanlı olmalı və işimizə davam etməliyik.
 
- İlk 15 dəqiqədə sanki bir az narahatlıq var idi səndə...
- Ümumiyyətlə, oyuna hazır deyildim. Aydın məsələdir ki, cəmi bir gün komanda ilə məşq etmişdim. Ancaq itkilərimiz var idi və Qurban müəllim də oyundan öncə dedi ki, oynamağını istəyirəm. Mən də oynamaq üçün əlimdən gələni edirdim. Özüm də bilirdim ki, hazır deyiləm. Çox şükür ki, artıq bu oyunu geridə qoyduq.
 
- Birinci hissədə tam fərqli, biz hesabı açdıqdan sonra isə başqa PAOK var idi meydanda. Səncə, rəqibdə nə baş verirdi?
- Onlar ilk hissədə çox pressinq edirdilər. Bu da bizim müdafiədən çıxmağımıza mane olurdu. İkinci hissədə isə sanki bizim oyunumuz yaxşı alındı və rəqib əvvəlki kimi pressinq edə bilmədi. Bilmirəm bunun səbəbi nə idi... Əsas odur ki, qələbə qazandıq. Əsas məsələ budur ki, qol buraxmadan qələbə qazandıq. Çünki qrupun sonunda şəxsi oyunlar da önəmli ola bilər. Mən şəxsən düşünürdüm ki, qol buraxmadan qələbə qazanmaq önəmli idi.
 
- Artıq rəqibi tam yaxşı tanıyırsız. Səfər matçından nə gözləmək olar?
- Rəqib evdə tam fərqli futbol oynayacaq. Pressinq edəcəklər. Onların öz meydanlarında böyük azarkeş dəstəyi var. Bunların hamısını bilirik. Çox vacib oyuna çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun.
 
- Həftəsonu Yunanıstan çempionatında PAOK - Olimpiakos oyunu var. Həmin oyunu canlı izləyəcəksən?
- Fürsət olsa, izləyəcəm. Ancaq bizim də çox vacib matçımız var. Bizim üçün də derbi "Neftçi" ilə oyundur. Hər iki komandanı vacib oyun gözləyir. İmkan olsa, həmin oyuna baxacam.
 
- "Olimpiakos"un qələbəsi üçün dua edəcəksən?
- Xeyirlisi nədirsə, o da olsun. 
 
- Oyun zamanı çoxsaylı top itkilərinə yol verirdiniz. Bunu necə izah edə bilərsən?
- Rəqib bizi çox yaxşı analiz etmişdi. Onların bizim müdafiədən qurulan bütün hücumlarımızın qarşısını almağa çalışırdılar. Elə olan hallarda risk etmirdik və uzun ötürmələrdən istifadə edirdik. Bütün futbolçularda top itkiləri oldu. Belə pressinq edən komandaya qarşı belə oyun göstərməyi normal sayıram.
 
- Stadionda bu qədər azarkeş olacağını gözləyirdin?
- Düzü, gözləmirdim. Dəstək üçün onlara təşəkkür edirəm. Hamı deyirdi, 7-8 min azarkeş olacaq, ancaq mən inanırdım ki, gələcəklər.
 
- Meydança sizə mane oldu, ya kömək etdi?
- Ot örtüyü normal vəziyyətdə idi. Bəzən sürüşmələr olurdu. Amma hər şey normal idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR