Rusiya və NATO ordusu üz-üzə: Şimal cəbhəsində müharibə

Rusiya və NATO ordusu üz-üzə: Şimal cəbhəsində müharibə
10:53 21 Oktyabr 2016
101 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Suriyaya doğru hərəkət edən və içində nüvə başlığı daşıyan gəminin də olduğu hərbi donanması NATO-da təşviş yaradıb.

Publika.az
xəbər verir ki, Admiral Kuznetsov təyyarə gəmisinin də daxil olduğu donanma qrupu Şimal dənizindən Aralıq dənizinə doğru yol alıb.

İngiltərə mediasının məlumatına görə, rus donanması Şotlandiya sahillərində Kraliça donanması və Norveç tərəfindən izlənilir.

Ruslar gəlir”, İngiltərənin “Daily Mail” qəzeti bu manşetlə yayımlanıb.

Qəzet yazır ki, rus donanmasındakı SU-33 döyüş təyyarələri və KA-27 helikopterləri havaya qalxaraq uçuşlar həyata keçiriblər. Təlim uçuşları İngiltərə və Norveç tərəfindən gərginliklə qarşılanıb. Məlumata görə, rus helikopterləri NATO gəmilərinin yaxınından uçub.

Buna qarşılıq olaraq, İngiltərə və Norveç təyyarələri də havada manevrlər edib. NATO hərbi gəmiləri isə rus donanmasının yaxınlığına qədər üzüb.

“Daily Mail” bunu Rusiya və NATO-nun bir-birinə “əzələ nümayişi” kimi dəyərləndirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR