Bu ilin 9 ayında 773 nəfər zəhərlənib

Bu ilin 9 ayında 773 nəfər zəhərlənib
11:04 21 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

 

Cari ilin 9 ayında Azərbaycanda 520 qida zəhərlənməsi qeydə alınıb.

 

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, zəhərlənmələr nəticəsində 773 nəfər zərər çəkib.

 

Bundan başqa, yanvar-sentyabr aylarında 29 botulizm hadisəsi nəticəsində 34 zəhərlənmə və 1 ölüm faktı qeydə alınıb.

Bu ilin sentyabr ayında isə ölkə ərazisində 49 qida zəhərlənməsi baş verib. Qida zəhərlənməsi nəticəsində 81 nəfər zərər çəkib. Sentyabrda baş verən 2 botulizm hadisəsi nəticəsində isə 2 zəhərlənmə qeydə alınıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257211

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR