"Rusiya Avropa İttifaqını zəiflətmək istəyir"

"Rusiya Avropa İttifaqını zəiflətmək istəyir"
11:05 21 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın strategiyası Avropa İttifaqını (Aİ) zəiflətməkdən ibarətdir.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu Aİ Şurasının prezidenti Donald Tusk deyib.

"Rusiyanın strategiyası Avropa İttifaqını zəiflətməkdir. Biz reallığı görürük, bizdə heç bir illüziya yoxdur", - deyə Tusk bildirib.

Tusk bununla belə Aİ-nin Moskva ilə gərginliyi gücləndirmək niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, Aİ həmişə Rusiya ilə dialoqa hazırdır, lakin dəyərlərlə bağlı heç vaxt kompromisə getməyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR