16 yaşlı futbolçunun meyidi tapıldı

16 yaşlı futbolçunun meyidi tapıldı
11:05 21 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

On altı yaşlı braziliyalı futbolçu Lukaş Xesus dos Santosun cəsədi San-Pauluda hovuzun dibindən tapılıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Folha de S. Paulo" nəşri yazıb.

Polisin məlumatına görə, çərşənbə günü o, komanda yoldaşları ilə hovuzda olub və özünü pis hiss edib. Oyunçular hovuzu tərk etdikdən sonra, dos Santos nə isə yaddan çıxartdığı üçün geri qayıdıb.

"Portuqeza" klubunun gənclər heyətində çıxış edən yeniyetmə futbolçunun cəsədi cümə axşamı səhər aşkar edilib. Polis yoxlama aparır. Ölümün səbəbləri barədə məlumat verilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR