Yaponiyada 6,6 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,6 bal gücündə zəlzələ baş verib
11:17 21 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Yaponiyanın Tottori prefekturasında 6,6 bal gücündə zəlzələ olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda ölkənin Meteoroloji Agentliyi məlumat yayıb.
Agentlikdən bildirilib ki, yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb. Amma sunami təhlükəsi yoxdur. 
İtki və dağıntı barədə məlumat olmasa da, hökumət nümayəndələri binaların dağılacağı və yanğının baş verə biləcəyi təhlükəsi ilə bağlı xəbərdarlıq edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yaponiyada-6-6-bal-gucunde-zelzele-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR