AB Moskva qarşısında geri çəkildi, amma...

AB Moskva qarşısında geri çəkildi, amma...
11:23 21 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Birliyi (AB) ölkələri Brüsseldə sammitinin birinci gününün nəticələrinə görə Rusiya və Suriyaya qarşı sanksiyalar qəbul etməyiblər.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyi bildirib.

Lakin sammitin yekun sənədin mətnində sanksiyaların tətbiqinin yer alacağı istisna edilmir. Sammit ərəfəsində “Blomberq” agentliyi bildirib ki, yekun qətnamə layihəsində Suriyaya görə Rusiyaya qarşı sanksiyaların tətbiqi nəzərdən keçirilir. AB-dəki mənbə jurnalistlərə bildirib ki, birliyin böyük ölkələri məhdudiyyətlərin tətbiq olunmasının mümkünlüyü barədə xatırlatmanın edilməsini dəstəkləyir, lakin sənədin razılaşdırılması üçün konsensus lazımdır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml sanksiyaların mümkün tətbiqi haqqında şərh vermir və sammitin yekun qətnaməsini gözləyir.

Daha əvvəl Kremlin sözçüsü bəyan edib ki, Kremldə Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün əsas görmürlər. “Çünki Rusiya yeganə ölkədir ki, ərəb respublikasının ərazisində terrorizmə qarşı legitim mübarizə aparır”, - o, bildirib.

Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sağlam düşüncənin üstün gələcəyinə ümidvar olduğunu vurğulayıb.

İtaliyanın baş naziri Matteo Rensi isə jurnalistlərə bildirib ki, bir ölkəyə qarşı iqtisadi məhdudiyyətlərlə başqa ölkədə qan tökülməsini dayandırmaq mümkün deyil. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar Suriyada sülhün təmin olunmasına imkan yarada bilməz.

“Biz Suriyada sülh razılaşmasına nail olmaq üçün bacardığımız hər şeyi etməliyik. Amma təsəvvür etmək çətindir ki, bu, Rusiyaya qarşı yeni sanksiyalarla mümkün ola bilər”, - baş nazir AB-nin sammitinin birinci gününün nəticələrini şərh edərkən deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR