Azərbaycanda "avtoş"lar şəhər meydanını dağıtdılar - VİDEO

Azərbaycanda "avtoş"lar şəhər meydanını dağıtdılar - VİDEO
16:27 5 Yanvar 2015
175 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıdan sonra "avtoş"ların meydan suladığı ikinci şəhər Lənkərandır
Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Lənkəranda, deyəsən, elə bir toy karvanı yoxdur ki, orada "avtoş" sürücülər hoqqabazlıq edib insanların və özlərinin həyatını təhlükə qarşısına atmasınlar. Lənkəranın mərkəzi küçəsi olan bu ərazi "avtoş"ların məskənidir.

Maraqlıdır ki, orada həmişə Dövlət Yol Polisinin əməkdaşları da olur. Lakin bəzən avtoxuliqanlar meydanı ələ keçirib hoqqabazlıq edəndə yol polisləri gözə görünmür. Başa düşmək olar ki, həmin vaxt yol polisləri başqa ərazidə xidmətdə olublar. Bəs, görəsən, o boyda meydanda müşahidə kameraları yoxdur? İnsanların həyatını açıq-aşkar təhlükəyə atan bu sürücülərin cəzalanması mütləqdir. Lənkəranda, ümumiyyətlə, ölkə ərazisində toy karvanlarında 20-30 maşının eyni vaxtda hərəkəti məhdudlaşdırılmalıdır. Hoqqabaz sürücülərin toy karvanlarından qovulmasını isə elə toy sahibləri özləri təmin etməlidir. Belə sürücülərin toy karvanında olmasındansa olmaması daha yaxşı olardı. Yəqin heç kim istəməz ki, toyunda hansısa dayazdüşüncəli bir insana görə xoşagəlməz hadisə baş versin.

Yol polisi də əhali arasında təbliğat işləri aparıb insanları bu cür əməllərdən çəkindirməlidir.
Konkret bu videoya gəlincə, sosial şəbəkədə nə vaxt yayıldığı məlum olmasa da, məlum olan budur ki, videonun üzərində "Elvir - 90 ET 733. Şəhriyarın toyu" yazılıb. Bu video köhnə olsa belə, Lənkəranda avtoxuliqanlarla bağlı artıq çoxsaylı videolardan biridir. Görünür, Lənkəranda bu sahədə ciddi iş görülməlidir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR