Boşanma xəbəri yayılan Nadir acıq verdi - FOTO

Boşanma xəbəri yayılan Nadir acıq verdi - FOTO
11:48 21 Oktyabr 2016
247 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Nadir Qafarzadənin xanımı ilə restoranda fotosu yayılıb.

Publika.az xəbər verir ki, hər zaman xanımına sevgi ilə yanaşan Nadir bu dəfə onu rus mətbəxinə qonaq edib.

Restoranların birində xanımı ilə çəkdirdiyi fotonu İnstaqram səhifəsində paylaşan müğənni təəssüratını belə ifadə edib: “Azərbaycan mətbəxi gözəldir, amma rus mətbəxinin də yeri var. Hamısı ləzzətlidir”.

Qeyd edək ki, bir müddət öncə Nadirin həyat yoldaşından boşanması xəbəri yayılmışdı. Nadir bu məsələyə də aydınlıq gətirərək deyib ki, həyat yoldaşı bir neçə həftəliyə Rusiyaya, orada təhsil alan oğlu Əzizin yanına gedibmiş.

Bu da söz-söhbətlərə rəvac verib. N.Qafarzadə yaşamını həyat yoldaşından ayrı təsəvvür etmədiyini də deyib.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR