Qatarla gəzən göyərçin – FOTO/ VİDEO

Qatarla gəzən göyərçin – FOTO/ VİDEO
11:53 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkədə yayılmış videogörüntü “facebook” istifadəçilərinin böyük marağına səbəb olub.

Publika.az xəbər verir ki, göyərçinin insanlar kimi elektrik qatarından istifadə etməsi hər kəsi təəccübləndirib.

Belə ki, quş insanlar kimi qatarın gəlməsini gözləyir, qapılar açıldıqda isə hamı kimi vaqona daxil olaraq əks tərəfdəki qapının qarşısında yerini tutur. Heç kimə məhəl qoymayan heyvan sakitcə yerini rahatlayaraq yola davam edir.

Qeyd edək ki, videogörüntünün hansı ölkədə qeydə alındığı məlum deyil.

Anar



Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR