Xorvatiya prezidenti: "Azərbaycanla münasibətlər Avropa üçün xüsusi əhəmiyyət kəsb edir"

Xorvatiya prezidenti: "Azərbaycanla münasibətlər Avropa üçün xüsusi əhəmiyyət kəsb edir"
11:57 21 Oktyabr 2016
12 Ölkə
Ölkə mətbuatı
A- A+

"Enerji təhlükəsizliyinin təmin olunması da daxil olmaqla, Avropa İttifaqı (Aİ) hazırda bir sıra çağırışlarla üzləşir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç "Caspian Energy" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu cür məsələlərə sistematik yanaşma lazımdır: "Ukrayna münaqişəsi Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinin zəruriliyini göstərdi. Avropa İttifaqı öz enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atıb. Söhbət enerji mənbələrinin təhlükəsiz daşınması, o cümlədən onların diversifikasiyasından gedir. Buna baxmayaraq, Avropa xarici şoklara dayanıqlı deyil. Son geosiyasi hadisələr bu məsələni daha aktual edib. Yeni geosiyasi şərait yeni enerji infrastrukturunun və marşrutlarının yaradılmasını zəruri edib".
 
Prezident bildirib ki, Xorvatiya bu cür layihələrin yaradılmasında aktiv iştirak edir: "Buna misal olaraq Krk adasında üzən LNG terminalının və İon-Adriatik qaz kəmərinin tikintisini göstərmək olar. Hər iki layihə Avropa İttifaqına üzv olan ölkələrin ümumi maraq dairəsindədir".
 
Ölkə başçısı əlavə edib ki, Xəzər regionundakı enerji resurslarının Avropaya nəql olunması Avropa İttifaqı üçün olduqca əhəmiyyətlidir. "Azərbaycanla münasibətlər Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Mən Azərbaycanla strateji əməkdaşlığın qurulmasının vacibliyini dərk edirəm. Xorvatiya Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Biz "Şahdəniz" konsorsiumunun "Cənub Qaz Dəhlizi" layihəsinin tərkib hissəsi olan və Avropanın Cənub-Şərqini qazla təchiz edəcək TAP qaz kəməri ilə bağlı verdiyi qərarından olduqca məmnunuq. Avropa İttifaqı TAP layihəsini ümumi maraqlara xidmət edən və İttifaq ölkələrinin enerji təhlükəsizliyini təmin edən bir layihə kimi qəbul edib", - deyə prezident bildirib.
 
Onun sözlərinə görə, İon-Adriatik qaz kəmərinin reallaşdırılması üçün "Cənub Qaz Dəhlizi" ilə daha çox qazın nəqli vacibdir: "520 km uzunluğunda olan bu kəmər Xorvatiyanın qaz sistemi ilə TAP-la birləşdirəcək. Xorvatiyadan başqa layihəyə Bosniya və Herseqovina və Monteneqro da qoşulacaq. İon-Adriatik qaz kəməri vasitəsilə Xəzər dənizində hasil olunan qaz avropalı istehlakçılara çatdırılacaq. Krk adasında tikilən üzən LNG terminal vasitəsilə qazı hətta Polşaya da çatdırmaq olar".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40