Hadisə "yoxa çıxdı": Nə zəng çatır, nə də... - FOTO

Hadisə "yoxa çıxdı": Nə zəng çatır, nə də... - FOTO
12:05 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur müğənnisi Hadisə bacısına görə ağır günlər keçirir.

"O ses Türkiye"nin çəkilişləri zamanı müğənninin yanına müqaviləsini pozduğu reklam şirkətinin nümayəndələri gəliblər. Onlar bildiriblər ki, əgər söylənilən məbləği ödəməsə, onun evindəki əşyaları müsadirə olunacaq. 

Bunu eşidən müğənni studiyada ağlayıb.

Qeyd edək ki, Hadisə müqavilə bağladığı reklam şirkəti tərəfindən cərimələnib.

DSM Grup ilə müqavilə şərtlərini pozan müğənni şirkətə 250 min avro ödəməlidir.

Buna səbəb isə müğənninin bacılarının rəqib firmanın paltarlarını Hadisəyə geyindirib sosial şəbəkədə paylaşması olub.

İddialara görə, hadisə şahidlərinin dediklərinə görə, studiyaya gələn icra nümayəndələri onun sırğasını və üzüklərini əlindən alıblar.

Milli.Az "Sözcü"yə istinadla bildirir ki, müğənni bu hadisədən sonra depressiyaya düşüb. O, hazırda qara günlərini yaşayır. Müğənni heç kimlə nə danışmaq, nə də görüşmək istəyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/481707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR