Azərbaycanın müdafiə naziri beynəlxalq konfransda iştirak edib

Azərbaycanın müdafiə naziri beynəlxalq konfransda iştirak edib
12:07 21 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiyada keçirilən "Gələcək Qüvvələr Forumu 2016"nın son günündə təşkil olunan beynəlxalq konfransda iştirak edib.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, müxtəlif sahələrdən olan mütəxəssislərin də iştirak etdiyi konfransda son texnoloji nailiyyətlər, müasir tədqiqatların nəticələri, inkişaf perspektivləri, gələcəkdə keçirilə biləcək hərbi əməliyyatlar və təhlükəsizlik tədbirləri, həmçinin kibertəhlükəsizlik, təhdidlər və çağırışlara dair məsələlər müzakirə edilib.




Xəbərin orijinal ünvanı: http://report.az/herbi/azerbaycanin-mudafie-naziri-beynelxalq-konfransda-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR