Balaca modellər necə seçilir? - "Uşaq dünyası"nda

Balaca modellər necə seçilir? -  "Uşaq dünyası"nda
12:26 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

İTV-də yayımlanan “Uşaq dünyası” verilişinin növbəti buraxılışında dəbdən bəhs ediləcək.

Axşam.az-ın məlumatına görə, proqramda uşaq modellərin necə seçildiyindən danışılacaq. Modelyer Fəxriyyə Xələfova və müğənni Ceyhun Bakinskinin qonaq olduğu efirdə bir-birindən maraqlı anlar yaşanacaq. Uşaqların üzünə çəkilən “body-art” və dəbli saç düzümləri ilə burada tanış ola bilərsiniz.

Sonda balaca modellərin iştirakı ilə dəfilə nümayiş etdiriləcək.
 
Aparıcılığını Ayxan Əlizadənin etdiyi "Uşaq dünyası" həftənin bazar günü saat 14:15-də və çərşənbə axşamı saat 14:35-də İTV-də yayımlanır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR