Afaq Gəncəli stereotipləri qırdı - FOTO

Afaq Gəncəli stereotipləri qırdı - FOTO
12:47 21 Oktyabr 2016
518 Şou
Ölkə mətbuatı
A- A+

"Nəsib olsa" bir yeniliyə imza atdı.

Primetime.az xəbər verir ki, ötən gün Nəsib Nurun aparıcısı olduğu, reytinqli verilişlərdən olan "Nəsib olsa" yenə çox maraqlı anlarla yadda qalıb. Verilişdə qonaq olan xalq artisti Aygün Kazımova və "Bu şəhərdə"nin aktyorları Coşqun Rəhimov, Rafael İsgəndərov ilə yanaşı ATV telekanalının məşhur siması aparıcı Afaq Gəncəli də iştirak edib.

Afaq, televiziyada yenilik edərək, ilk dəfə olaraq, başqa telekanalda həmkarının proqramına qatılıb və öz verilişindən danışıb. Aparıcının bu verilişə qatılması tamaşaçılar tərəfindən də bəyənilib.

Qeyd edək ki, adətən, efirlər biri-biri ilə rəqabət apardığı üçün belə hallara rast gəlinmir. Amma "Nəsib olsa" bu stereotipləri qıraraq, bir yeniliyə imza atmış oldu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/481692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR