Krallıq parçalanır – RƏSMİ ADDIM

Krallıq parçalanır – RƏSMİ ADDIM
12:48 21 Oktyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Birliyinə üzvlüklə bağlı iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda birliyin tərkibində qalmaq üçün səs verən Şotlandiya krallığı parçalamaq üçün hərəkətə keçib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Şotlandiya hökumətinin saytında Böyük Britaniyanın tərkibindən çıxış üçün yeni referendum haqqında qanun layihəsi yerləşdirilib.

Sənəddə referendumun proseduru təsvir edilib və məsləhətçi xarakter daşıyır. Orada heç bir konkret tarix göstərilməyib.

Şotlandiyanın birinci naziri (baş nazir) Nikola Stercetin sözlərinə görə, onun rəhbərlik etdiyi hökumət seçicilərə müəyyən vəd verərək seçilib. Bu vəd isə ondan ibarətdir ki, əgər Şotlandiyanın iradəsinin əksinə olaraq Böyük Britaniya Avropa Birliyindən çıxarsa, parlament referendum variantına baxmaq imkanına malik olacaq.

Qeyd edək ki, Böyük Britaniyada Avropa Birliyinə üzvlük haqqında məsələ üzrə referendum iyunun 23-də keçirilib. Əhalinin böyük əksəriyyəti Avropa Birliyini tərk etməyə tərəfdar olduğunu bildirib. Şotlandiya əhalisinin əksəriyyəti isə Avropa Birliyində qalmağın tərəfdarı olub.

Nikola Stercet referendumdan dərhal sonra bildirib ki, maraqları Böyük Britaniya çərçivəsində qorunmasa, o halda Şotlandiya müstəqilliyə mümkün variantlardan biri kimi baxmaq hüququna malik olmalıdır. Birinci nazir daha əvvəl də bildirib ki, əgər Britaniya Avropa Birliyində çıxanda Şotlandiyanın mövqeyi qəbul edilməsə, 2017-ci ildə müstəqillik haqqında ikinci referendum keçirilə bilər. Şotlandiyada müstəqillik haqqında referendum 2014-cü ildə keçirilib. Əhalinin əksəriyyəti Böyük Britaniyanın tərkibində qalmaq üçün səs verib.

Sentyabrın əvvəlində isə Nikola Stercen regionun müstəqilliyi haqqında yeni müzakirələrin başlandığını elan edib. Nikola Stercen hesab edir ki, “seysmik dəyişikliklər” Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi ilə bağlıdır. Onun sözlərinə görə, Britaniyanın Avropa Birliyindən ayrılması Şotlandiyaya dərin təsir göstərəcək.

2014-cü ildə keçirilən referendumun nəticələrini xatırladan birinci nazir müstəqillik üçün yeni arqumentlərin ortaya çıxdığını deyib.

Rusiya şurasının beynəlxalq işlər üzrə baş direktoru Andrey Kortunov isə bu fikirdədir ki, şotlandiyalılar ucuz neftlə heç yerə getməyəcəklər"

“Şotlandiyada Böyük Britaniyadan ayrılmaq barədə əhval-ruhiyyələr neftin qiymətlərindən birbaşa asılıdır. İnsanlar orada praqmatikdir. Neftin qiyməti yüksələndə millətçilərin reytinqi artır, xalq düşünməyə başlayır ki, tək yaşamaq daha əlverişlilir. Neftin qiyməti aşağı düşəndə isə millətçilik sönür. Hazırda çətin ki, millətçilər qələbə qazanarlar”, - o, deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR