Qan davasına görə Azərbaycana qaçan türkiyəli: "Məni axtarırdılar"

Qan davasına görə Azərbaycana qaçan türkiyəli: "Məni axtarırdılar"
12:59 21 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Türkiyədə 6 il axtarışda olan Engin Said Dudunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan  Ədliyyə Nazirliyinin təqdimatı əsasında məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Engin Said Dudunun öz ölkəsinə təhvil verilməsi barədə məsələ araşdırılıb.  Prosesdə danışan Engin Said Dudu 1984-cü ildə Mardində anadan olduğu deyib: "Bizdə qan davası vardı. 2008-ci ildə universitetdən çıxanda üstümə hücum çəkdilər. Mən də vurdum. Mənə qəsdən sağlamlığa ağır zərbə vurma ilə cinayət işi başladılar. Barəmdə həbs-qətimkan tədbiri seçilmədi. 3 il 4 ay şərti həbs cəzası verildi. Qan davalı olduqlarım məni axtarırdılar. Ona görə Azərbaycana qaçdım. Burda azərbaycanlı xanımla  ailə qurmuşam. 7 aylıq körpəm var".

 

Təqsirləndirilən şəxs bildirib ki, artıq onun işi ilə bağlı Türkiyədə amnistiya aktı imzalanıb: "Özüm Türkiyəyə getmək istəyirəm. Ona görə bilet alıb hava limanına getdim. Ailəm Türkiyədədir. Mən tez bir zamanda Türkiyəyə getmək istəyirəm. Xahiş edirəm ekstradisiya edin. Orda azadlığa çıxacam".

 

Prosesdə qərar elan  edilib. Qərara əsasən, Engin Said Dudunun öz ölkəsinə ekstradisiya edilməsi bağlı qərar verilib.

 

32 yaşlı Dudu Engin Heydər Əliyev Beynəlxalq Hava Limanında xaricə getmək istəyən zaman saxlanılıb. O, Türkiyə axtarışda olub və 6 ildir Beynəlxalq axtarışdıdadır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR