"II Avropa Oyunlarında Minsk Bakının təcrübəsindən yararlanacaq"

"II Avropa Oyunlarında Minsk Bakının təcrübəsindən yararlanacaq"
13:32 21 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

"Belarus Avropa Oyunlarının keçirilməsində Azərbaycanın təcrübəsindən yararlanır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə deyib.

A.Lukaşenko qeyd edib: "Sizin təcrübəniz bizim üçün çox vacibdir".

Prezident əlavə edib ki, bu məsələdə Azərbaycanı ötüb keçmək mümkün deyil.

Qeyd edək ki, Avropa Olimpiya Komitələrinin Minskdə keçirilən 45-ci Baş Assambleyasında Belarus paytaxtının II Avropa Oyunlarına ev sahibliyi etməsinə dair qərar verilib.

Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçirilmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR