Çində davam edən devalvasiyanın tempi proqnozları qabaqlayır

Çində davam edən devalvasiyanın tempi proqnozları qabaqlayır
13:32 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Çində ABŞ dollarının məzənnəsi 6,7611 CNY/USD səviyyəsinə kimi geriləyərək son 6 ilin minimal həddinə enib. Bu, dolların qlobal valyu ta bazarında möhkəmlənməsi və Çin hökumətin ixracın azalması səbəbindən yuanın ucuzlaşmasına icazə verəcəyinə dair siqnalların gəlməsi ilə bağlıdır. 
"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Çində dolların məzənnəsi 3 həftədir yüksəlir. "Bloomberg"in analitikləri bu məzənnənin 6,75 CNY/USD-yə yalnız 2016-cı ilin sonunda çatacağını proqnozlaşdırsalar da, ilin sonuna iki aydan çox vaxt qalmış məzənnə artıq proqnozu ötüb.
"Commonwealth Bank of Australia"nın valyuta treyderi Endi Ji (Andy Ji) hesab edir ki, dolların möhkəmlənməsi prosesinin davam etməsi yuana təzyiqləri artırır: "Çin Mərkəzi Bankı isə dollarla mübarizə aparmayacaq və yuanın ucuzlaşmasına imkan verəcək".

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/cinde-davam-eden-devalvasiyanin-tempi-proqnozlari-qabaqlayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR