"Ona görə də bu cür addım atdıq" - Rahid Əmirquliyev

"Ona görə də bu cür addım atdıq" -   Rahid Əmirquliyev
13:47 21 Oktyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

"Çox yaxşı hazırlaşmışdıq. Şadam ki, qələbə qazana bildik". Bunu "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda Yunanıstan PAOK-u ilə baş tutmuş görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.


İkinci qolun müəllifi rəqibi təhlükəli komanda kimi dəyərləndirib: "Son dəqiqələrdə qol vurdum. Buna baxmayaraq, PAOK təhlükəli komandadı. Qol buraxmaq istəmirdik. Deməzdim ki, onlar bu gün üstün oynadı. Ancaq yaxşı komandaları var, sürəlti oyun nümayiş etdirirlər. Sonlarda hesab 2:0 idi və top saxlamağa imkan vardı. Ona görə də bu cür addım atdıq. İkinci qol qələbəmizin təminatçısı idi. Üçüncü qol heç bir xal vermir".


Əmirquliyev noyabrın 3-də Salonikidə keçiriləcək cavab oyunu haqda da danışıb: "Qələbə həmişə stimul verir. Amma PAOK-a qədər bizim Premyer Liqada "Neftçi" ilə oyunumuz var. İlk olaraq bu oyunu düşünürük. Daha sonra PAOK-la oyuna hazırlaşmaq olar. Çalışacağıq ki, səfər oyunundan da 3 xalla qayıdaq". 


Yarımmüdafiəçi oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyündən və qol epizodunun vəziyyətindən razılıq ifadə edib: "Stadionun vəziyyəti ötən oyunlardakından daha yaxşı idi. Təkbətək çıxanda qapıçını keçmək istəyirdim. Amma gördüm imkan var, vurdum".


Qeyd edək ki, "Qarabağ" dünən baş tutan görüşdə 2:0 hesabı ilə PAOK-u məğlub edib. ("Report")


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotona-gor-d-bu-cur-addm-atdqquot-t53515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR