Müdafiə Nazirliyi: "Cavab tədbirləri daha sərt olacaq"

Müdafiə Nazirliyi: "Cavab tədbirləri daha sərt olacaq"
13:49 21 Oktyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

 

"Erməni tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil". Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Nazirlik bildirib ki, belə məlumatlar növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib: "Bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib. Hazırda bütün cəbhə xətti boyu əməliyyat şəraiti tam nəzarətimiz altındadır. Düşmənin törədə biləcəyi istənilən təxribatın qarşısının alınması məqsədilə tərəfimizdən görüləcək cavab tədbirləri daha qətiyyətli və sərt olacaq". 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR