"Qarabağ" yeni rekord vurdu

"Qarabağ" yeni rekord vurdu
14:05 21 Oktyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" yeni rekorda imza atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, əyalət klubu avrokubokların qrup mərhələsində eyni mövsümdə ən çox qol vuran komanda adına yiyələnib.

Belə ki, Avropa Liqasının J qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri artıq 5 qola seviniblər. Çexiya "Slovan"ı (2:2) və İtaliya "Fiorentina"sı (1:5) ilə görüşlərdə 3 dəfə fərqlənən "Qarabağ" Yunanıstan PAOK-una 2 qol vurmaqla, bu rəqəmi 5-ə çatdırıb.
 
Bu da Azərbaycan futbolunda mütləq rekorddur. İndiyədək qrupda ən çox qol vurmaq rekordunu "Neftçi" 2012/13 mövsümündə müəyyənləşdirmişdi - 4 qol. Ötən mövsüm həmin göstəricini təkrarlayan "Qarabağ" rekorda şərik idi.
 
2014/15 mövsümündə 3, 2015/16 mövsümündə 4 qola sevinən ağdamlılar ildə 1 qol artırmaq prinsipi ilə artıq 5-ə çatıb. Hələ qarşıda 3 matçı olan komandanın rekordunu daha da yaxşılaşdıracağı gözlənilir.
 
Qeyd edək ki, PAOK-la matçdakı ilk qol qrup mərhələsində 20-ci topumuz olub. Daninin qolundan sonra bu rəqəm 21-ə çatdırılıb. 30 oyunda vurulan 21 topdan 12-si "Qarabağ", 5-i "Qəbələ", 4-ü "Neftçi"nin hesabındadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR