Aleksandr Lukaşenko: "Azərbaycanı Avropa Oyunları təşkilatçılığında heç bir ölkə keçə bilməyəcək"

Aleksandr Lukaşenko: "Azərbaycanı Avropa Oyunları təşkilatçılığında heç bir ölkə keçə bilməyəcək"
14:12 21 Oktyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Belarus Avropa Oyunları keçirərkən, Azərbaycanın təcrübəsindən yararlanacaq." 
"Report"un "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə deyib. 
A.Lukaşenko bildirib ki, bu təcrübə onlara çox lazımdır. Amma o, ilk Avropa Oyunlarını təşkil etmiş Azərbaycanı heç kimin keçə bilməyəcəyini vurğulayıb: "Dostum, Azərbaycan Prezidenti İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, ötüb keçmək heç kəsə müyəssər olmayacaq”.
Qeyd edək ki, II Avropa Oyunları 2019-cu ildə Minskdə təşkil olunacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/aleksandr-lukasenko-azerbaycani-avropa-oyunlari-teskilatciliginda-hec-bir-olke-otub-kece-bilmeyece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR