Hadı Rəcəbli: "İnsanları kütləvi şəkildə pambığa cəlb etməyin əleyhinəyəm"

Hadı Rəcəbli: "İnsanları kütləvi şəkildə pambığa cəlb etməyin əleyhinəyəm"
14:22 21 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Hadi Rəcəblinin APA-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd edir və rəhbərliyində yer aldığınız partiya bu dövrün əksər hissəsində hakimiyyətdə olub. Ötən dövrü necə xarakterizə edərdiniz?

- Müstəqillik dövrümüzü 3 mərhələyə bölmək olar. Birinci mərhələdə bu gün bizi tənqid etmək istəyən səriştəsiz, idarəetmə bacarığı olmayanlar hakimiyyətə gəldi. Ölkəni kataklizmlər burulğanına saldılar. İqtisadiyyat çökmüşdü, neft müqavilələri bağlanmırdı. Azərbaycan kimi dövlət yox olmaq üzrə idi. Heydər Əliyev həmin anda gəlməsəydi, Azərbaycan dağılaraq separatizmin qurbanı olacaqdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra böyük ustalıqla bu problemləri həll etdi, vəziyyəti tənzimlədi. Onun dünya üzrə xarizmatik nüfuzu Azərbaycan dövlətinin bəlalardan xilas olmasına kömək etdi. 
 
Yeni Azərbaycan Partiyası da Heydər Əliyevin adı ətrafında yarandı. Partiyanı quranlar Heydər Əliyevin ətrafına yığışmışdılar, gücü ondan alırdılar. Ulu öndərimiz partiyanı strukturlaşdırdı, təşkilatlandırdı, güclü qurulmasını təşkil etdi və bu gün partiyanın başında onun layiqli davamçısı, cənab İlham Əliyev dayanır. Ən əsas nəticə də odur ki, məhz bunun sayəsində Azərbaycan əvvəlki dövrdən tam fərqli olaraq, artıq regionun güclü dövlətidir, güclü iqtisadiyyata malikdir. Bizim partiya bu yolda mütərəqqi addımları atmaqda davam edir. Hər seçkilərdə qazandığımız uğurlar buna sübutdur. O biri partiyalar isə yavaş-yavaş sıradan çıxır. Onlar xəyanətkar müxalif olmaqdansa, ağıllı müxalif olmalıdırlar. Bizim ağıllı müxalifətə ehtiyacımız var. Uzun müddət hakimiyyətdə olmaq o deməkdir ki, uğurlu proqramlar daha çox həyata keçirilir. YAP daim bu məsuliyyəti hiss edir. 
 
- Rəhbərlik etdiyiniz komitənin hazırkı gündəliyində nə kimi məsələlər var?
 
- Hazırda ən böyük hüquqi sənəd "Turizm haqqında" qanun layihəsidir ki, bununla bağlı ilin əvvəlindən iş gedir. Niyə məhz biz bu qanuna müraciət etdik? Möhtərəm prezidentimiz ilin əvvəlində mühüm bir məsələyə diqqət yetirdi ki, bu da ölkədə məşğulluğun təmin edilməsi və bununla bağlı atılan addımlardır. Biz də bunun əsasında dünya təcrübəsinə istinad etdik. Dünyada bununla bağlı 3 xətt var. Bunlardan biri turizm və istirahət biznesidir. Ona görə də biz belə bir qanunu hazırladıq. Hazırlayarkən dünya təcrübəsini öyrəndik. Belə bir qanun Türkiyədə 125 maddədən ibarət idisə, bizdə 84 maddədən ibarət oldu. Hazırda ilkin variantı hazırdır və müzakirə etmişik. Prezident də Milli Məclisə tövsiyə edib ki, bu qanunun tezliklə tam olaraq ortaya qoyulması sürətlənsin. Çünki bu qanun ölkəmizə çox lazımdır.
 
- Ümumiyyətlə, bu sahədə əsas həll ediləsi problemlər hansılardır?
 
- Problemlər çoxdur. Əsas ondan danışaq ki, nə işlər görülüb. Azərbaycan son 10 ildə sözün əsl mənasında turizm ölkəsinə çevrilib. "Eurovision"un Bakıda keçirilməsi, I Avropa Oyunlarının Azərbaycanda baş tutması, Şahmat Olimpiadasının keçirilməsi və İslam Həmrəylik Oyunlarına hazırlıq ölkəmizi sözün əsl mənasında turistik məkana çevirib. Son 13 ildə Azərbaycanda otel tikintisi 5 dəfə artıb. Təkcə bu il Bakıda və regionlarda turist əlindən yer tapmaq mümkün deyildi. Viza rejiminə etdiyimiz düzəlişlər bu işə xeyli təkan oldu. Bizi narahat edən məsələlərdən biri daxili turizmin inkişaf etməməsidir. İnsanlar Dubaya gedir, Abu Dabiyə gedir, Antalyaya gedir və sair. Amma bizim Azərbaycanda bundan gözəl yerlərimiz var. Məsələn, mən bu yay Naftalanda 12 gün istirahət etdim. "Çinar" sanatoriyası məni valeh etdi. Yəni bunlar var. Sadəcə, bəlkə də reklamı düz getmir, yaxud təşkilatçılıq yerində deyil. Bunu həll etmək lazımdır. Bizdə bir bəhsə bəhs var. Məsələn, filankəsin qızı və ya oğlu gedib xaricdə filan yerdə dincəldi, gərək mən də gedim. Bunu aradan götürməliyik. İndi gəlin, bunu belə edək ki, məsələn, mən Hadi Rəcəbli getdim Naftalana, sən də get Naftalana... Bir az da məcbur etməliyik ki, daxili turizm zonalarına getsinlər. Gəncə, Naftalan, Qəbələ, Quba, Şəki, Lənkəran və sair bölgələrimiz bir-birindən gözəldir. Qiymətdən şikayətlənirlər. Gəlin, bir bunu təhlil edək. O qiyməti qoyan sahibkarın verdiyi vergi, çəkdiyi xərci hesablayanda görürsən ki, o heç də baha qiymət qoymayıb. AZAL ilə bağlı deyilənlərə də diqqət edək. Cənab prezidentimiz də dəfələrlə bildirib ki, aviabiletlərin qiymətləri elə olmalıdır ki, turistlər ölkəmizə gəlib-gedə bilsinlər. AZAL əlbəttə, fəaliyyətini elə qurmalıdır ki, bu işə töhfə versin. Məsələn, Lənkərana, Gəncəyə, Qəbələyə birbaşa reyslər ola bilər, amma işləmir. Gəncəyə ola bilər, amma bu havalimanları demək olar ki, işləmir. Bu gün AZAL-ın öz turizm şirkətləri var. AZAL başqa şirkətlərə də yol açsın ki, rəqabət olsun və ölkəyə daha çox turist gəlsin. İndi möhtərəm prezidentimizin sərəncamı ilə çalışırıq ki, Turizm Şurası kimi əlaqələndirici qurum olsun. Bu olandan sonra deyəcək ki, "ay AZAL, sən qiyməti sal, Antalyaya ucuz qiymətə uçan Gəncəyə gəlsin". Ümumilikdə bizim xalq qonaqpərvər xalqdır və bizdə turizm xidmətləri yüksək səviyyədədir. Sadəcə, cəlb etmək lazımdır.
 
Gündəliyimizdə digər bir məsələ olduqca vacib məsələdir - "Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsidir. Layihədə ictimai yerlərdə tütündən istifadə olunmaması, maarifləndirmənin burada rolu və s. məsələlərdən söhbət gedir. Tütünün istehsalını artırsaq da, prezidentimizin səsləndirdiyi kimi, məqsəd istehlakını məhdudlaşdırmaqdır. Layihənin müəllifi bizim komitədir. Bundan əvvəlki qanunlarda siqaretin məhdudlaşdırılmasından söhbət gedirdi, amma siqaret yazanda papiros, qəlyan, digər tütün məhsulları nəzərdə tutulmurdu. Ona görə də biz indi onu bir az genişləndiririk. Tütün istehlakının məhdudlaşdırılmasından bəhs edirik. Layihə əlimizdədir, hazırlamışıq, amma hələ bizim komitədə müzakirə olunmayıb. Burada tütün məhsullarının məhdudlaşdırılacağı yerlərə gəldikdə, o yerlər bir az da geniş miqyasda nəzərdə tutulub. Məsələn, aeroport, avtobus, taksi, kinoteatr, məktəb, restoranlar və digər yerlərdə əvvəlki qaydada siqaret çəkmək qadağan olunacaq. Siyahı təqdim olunacaq və ayrılacaq xüsusi yerlərdə siqaret çəkilməsinə icazə veriləcək. Daha bundan sonra hər kəs istədiyi yerdə siqaret çəkə bilməyəcək. Ola bilər ki, hansısa dayanacaqlar da ictimai yer hesab olunsun. Qayda pozuntuları ilə əlaqədar tətbiq ediləcək sanksiyalar da ağır olacaq. Biz cəriməni yalnız qaydanı pozan vətəndaşa yox, ictimai yerin sahibinə, məsələn, restoran, ya otelin sahibinə də kəsəcəyik. Bu qanunun qəbulundan sonra daha restorana, şadlıq evlərinə gedən, toyda iştirak edən şəxs yalnız xüsusi ayrılan yerlərdə, ayrıca otaqda siqaret çəkə biləcək. İndiki halda cərimənin miqdarı aşağıdır, İnzibati Xətalar Məcəlləsində təqribən 30 AZN-dir. Amma biz onun miqdarını artırmaq istəyirik. Bunun üçünsə gərək İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişiklik edək. Əslində bu layihə ölkə daxilində bütün nazirlik, baş idarə və strukturlara, hətta bir sıra digər qurumlara, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də aiddir. Çünki bütün xəstəliklərin, əlilliyin mahiyyətində siqaret çəkmə durur. Özü də siqaret çəkənlərdən çox, onun yanında dayananlara, tüstünü udanlara ziyandır. Bu gün çox təəssüf ki, qızların da içində siqaret çəkənlər artmağa başlayıb. Həmçinin siqaret çəkən yeniyetmələrin sayı artıb. Məktəblərdə dəb halını alıb, tualetlərdə siqaret çəkirlər. Odur ki, hiss olunan dərəcədə artım var. Siqaret çəkmək kütləviləşib. Ona görə də bu məsələ bizi çox düşündürür.  
 
- Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bu sahədə görüləcək tədbirlərdən bəhs olunur. Sizin bununla bağlı təklifləriniz nədən ibarətdir?
 
- 2016-cı ildə neftin qiymətinin kəskin ucuzlaşması əlbəttə Azərbaycana da təsirsiz ötüşmədi. Qeyri neft-sektorunun inkişafında bir sıra istiqamətlər əsas götürülə bilər. Məsələn, elektron hökumət elementlərinin yaradılması, sənayenin inkişafı, kənd təsərrüfatı və bunun da əsasında əmək tutumlu iş yerlərinin artırılması istiqamətlərdən olmalıdır. Bizdə əmək ehtiyatları tələb olunduğundan qat-qat çoxdur. Ona görə də cənab prezidentin göstərişi ilə 2016-cı il islahatlar ilidir, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi ilidir. Bu istiqamətdə bir sıra fərman və sərəncamlar artıq imzalanıb. Bununla kifayətlənməyən prezidentimiz digər tədbirləri də gördü. 
 
Ələbaxımlığın aradan qaldırılması, özünəməşğulluğun artırılması və sair. Məsələn, bu gün adam var xeyli torpaq sahəsinə sahibdir, amma əkib-becərmək əvəzinə, dövlətdən sosial müavinət alır. Bunları aradan qaldırırıq. Baş istiqamət məşğulluğun təmin olunmasıdır ki, buna da bu il əsas diqqət verilib. Pambıqçılığın, tütünçülüyün inkişaf etdirilməsi bu sıradandır. Amma bu, o demək deyil ki, Azərbaycanda sosial müdafiə məsələsi boşa buraxılıb. Əslində, məşğulluq sosial müdafiənin bir qoludur. Burada sığorta, pensiya, imtiyazlar və sair sistemlər var. Təsəvvür edin ki, pensiya fondunun büdcəsinin demək olar ki, yarısı dövlət büdcəsi tərəfindən ödənilir, yığılmır. Bundan başqa, bir sıra imtiyazlı ailələrin - şəhid ailələrinin, valideynlərini itirənlərin, I qrup əlillərin və sair təhsil haqqından azad olunması qərarı verilib ki, bütün bunlar sosial müdafiənin gücləndirilməsi deməkdir. Digər məsələ sığorta sisteminin yaradılmasıdır. Biz istəyirik gələn ildən tibbi sığortanı başlayaq. Bundan başqa, işsizliyə qarşı sığorta məsələsini gündəmə çıxartmaq istəyirik.
 
- Bu il pambıq yığımına digər peşə sahiblərinin - həkimlərin, müəllimlərin və sair təbəqələrin cəlb olunmasının və bunun birmənalı qarşılanmamasının şahidi olduq. Bu barədə nə deyə bilərsiniz?
 
- Dünya təcrübəsinə diqqət edək. Cavanlığımda yadıma gəlir ki, filmlərə baxırdıq, Avropanın böyük regionlarında kütləvi şəkildə üzüm yığımına axışırdılar. Əlbəttə, biz bunu diletant üçün demirik. Hər bir peşə sahibi ilk növbədə öz işinin başında olmalıdır. İşdən sonra, yaxud həftə sonu boş vaxtında öz arzusu ilə pambıq yığa bilər. Amma buna uyub, bu hissə qapılıb, adamları kütləvi şəkildə kommunizm dövründəki kimi pambığa cəlb etməyin əleyhinəyəm. Lakin hansısa həkim öz arzusu ilə iş vaxtından kənar ailə biznesində olan sahədən pambıq yığırsa, dünya dağılır? Faciəyə çevirməmək lazımdır. Ümumiyyətlə, biz elə etməliyik ki, kimin pulu varsa, yerli və ya xarici vətəndaş gətirib Azərbaycana, xüsusilə torpaqlarımızın dirçəldilməsinə sərmayə qoysun. Bəyannamə filan tələb etməyək, əsas odur ki, dünyada hansı azərbaycanlı, yaxud azərbaycanlının dostu varsa, gətirib pulu bizim torpaqlara qoysunlar. Burda da bir az məcburilik lazımdır. Məsələn, imkanlılarımızı məcbur etməliyik ki, torpaq götürüb, əkib-becərsin, sərmayə qoysun. 
 
- Tez-tez həkim və müəllimlərin məvaciblərinin, məsələn, idmançıların gəlirindən xeyli az olması ilə bağlı narazılıq ifadə olunur. Siz bu barədə nə deyə bilərsiniz?
 
-  Buna gərək bir az fərqli baxış olsun. İdmançıların arasında müəllim də var. Bundan başqa, idmançılar o qədər də çox deyil, onlar dünyada bayrağımızı, ölkənin şöhrətini ucaldırlar. Amma müəllimlər və həkimlər nisbətən çoxdur. Bir də bu məsələyə real baxmaq lazımdır. İndi mən də durub bəzi deputat həmkarlarım kimi xoşa gəlmək üçün bəyan edim ki, müəllimlərin, həkimlərin, pensiyaçıların, müavinət alanların məvacibi on, iyirmi dəfə qaldırılmalıdır? Axı bunu bəyan eləməklə olmur... Bu gün ağıldan qiymətli nə var cəmiyyətdə? Bu gün repetitor axtarışında olan valideyn gedir, ən yaxşı müəllimi tapır və ona çoxlu pul verir. Yaxud, ən yaxşı həkim daha çox diqqət mərkəzində olur və yaxşı qazanır. Yəni yaxşı müəllim və yaxşı həkimin qarşısında həmişə növbə olur. İndi dediyim kimi, gələn ildən tibbi sığorta tətbiq olunacaq və bu, həkimlərin də ümumi gəlirinə xeyli təsir edəcək. Amma ümumilikdə deyim ki, təhsil və səhiyyə sahəsi mümkün qədər özəlləşməlidir ki, bu, onların gəlirlərinə də təsir etsin. Əlbəttə, biz çox istəyirik ki, həkim və müəllimlərin gəlirləri mövcud büdcə reallıqları çərçivəsindən hiss olunan qədər artsın.
 
- Növbəti ildən büdcədən maliyyələşən təşkilatlarda maaş artımı gözlənilir?
 
- Bildiyimə görə, gələn ilin büdcəsində kəskin maaş artımı gözlənilmir. Çünki təqdim olunan büdcədə imkanlar bir qədər məhduddur. Amma mən başqa bir şeyi arzu edirəm. Məmur-vətəndaş kontaktı sıfıra endirilməlidir. Bunun üçün elektron hökumət elementləri var, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tətbiq olunur. Tətbiq olunduqca, şikayətlər də azalır. Digər bir tərəfdən də, düşünürəm ki, icraedici orqanlarda xeyli məmur ştatını ixtisar etmək olar.
 

- Adətən sizin komitədə bəzi layihələr dindarların narazılığına tuş gəlir və nəticədə məsələ ləngiyir. Dünyəvi dövlətdə qanunvericilik fəaliyyətinin dini zəmində etirazlara görə ləngiməsi nə dərəcədə düzgündür?
 
- Bu, əvvəlki illərdə reproduktiv sağlamlıqla bağlı surroqat ana məsələsində oldu, əslində razılığa gəlinib artıq. Amma onu deyim ki, problem heç də dindarların etirazı deyildi. Bizim komitə ən çox sosial yönümlü layihələri müzakirə edir və bu müzakirələrdə vətəndaş cəmiyyətinin də rəyini, münasibətlərini nəzərə alır. Bunların arasında dini kəsim də var. "Reproduktiv sağlamlıq haqqında" qanun tezliklə müzakirəyə təqdim olunacaq. Yəni bu, dinin yox, cəmiyyətin böyük hissəsinin etirazı idi.
 
- Dəfələrlə açıqlamalarınız kəskin müzakirələrə, hətta tənqidlərə səbəb olur. Fikirlərinizin bu cür qarşılanmasına səbəb nədir?
 
- Mən buna ciddi səbəb tapa bilmirəm. Çünki axı, həqiqətən qəbahətli söz demirəm. Gəlin, belə götürək. Parlamentdə bu qədər deputat var. Jurnalistlərə daha çox açıq olan kimdir? Hadı Rəcəbli. Parlamentdə sosial problemlərə tez-tez toxunan, sosial layihələrin müzakirəsini qaldıran, əlsiz-ayaqsızlara, aztəminatlılara, veteranlara və bu tipli insanlara qayğı göstərən kimdir? Hadi Rəcəbli. Məni 45 ilə yaxındır ki, bilavasitə sosial problemlərlə məşğulam, sosial elmlər üzrə professoram. Amma qəribəsi də odur ki, hamı bir müddət sonra mənim o qaldırdığım məsələnin üstünə gəlir, elə mən deyəni deyir. Yəni dediklərim xalqın böyük bir hissəsini düşündürdüyündən, burada populizmə, kütlə psixologiyasına təsirə çox yer olduğundan jurnalistlər təhrif edirlər, sensasiya yaradıb, oxucu yığırlar. Görürlər ki, jurnalist həmkarımı məhkəməyə vermirəm, söymürəm, sərt reaksiya vermirəm və bəlkə elə ona görə də hər dəfə sağdan da döşəyirlər, soldan da. Mən də səbirlə dözürəm,  dinləyirəm. Sonda mütləq həqiqət zəfər çalır. Mən buna sevinirəm və buna görə də dözürəm.  
 
- Hadi müəllim, oktyabrın 25-də 69 yaşınız tamam olur. Keçdiyiniz yolu necə xarakterizə edərdiniz?
 
- Mənim həmişə prinsipim olub ki, ən güclü biclik elə düzlükdür. Bundan başqa, sədaqət həyatımın amalı olub. Və təbii ki, həyatın rastıma çıxardığı müxtəlif sınaqlarda dözüm mənim silahım olub. Bütün bunların üstündə isə mənim xoşbəxtliyim odur ki, ulu öndər Heydər Əliyevin yetirməsi olmuşam, onun əsgəriyəm. Bu, mənim üçün böyük xoşbəxtlikdir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Referendum qərarı macəradır" - Binəli Yıldırım

23 Sentyabr 2017 13:34

Avtobusda yer üstündə 9 yaşlı uşağı döydülər

23 Sentyabr 2017 13:34

İraqın Baş Qərargah rəisi Türkiyəyə yollandı

23 Sentyabr 2017 13:31

İraq kürdlərinin müstəqillik referendumunda online səsvermə başlayıb

23 Sentyabr 2017 13:29

44 yaşlı tovuzludan Bakıda 9 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL: saqqız alacam deyə apardı, zorladı və...

23 Sentyabr 2017 13:28

“Roma”nı udacağımızı deyə bilmərik" - MÜSAHİBƏ

23 Sentyabr 2017 13:27

Bill Geytsdən Ctrl+Alt+Delete etirafı

23 Sentyabr 2017 13:23

Uşaqların ən gülməli anları

23 Sentyabr 2017 13:23

ÇİN: Zavodda partlayış

23 Sentyabr 2017 13:18

DİQQƏT: İstirahət günü hava yağışlı olacaq

23 Sentyabr 2017 13:10

"CBC Sport"un rəhbəri evlənir: toy harda olacaq? - FOTO

23 Sentyabr 2017 13:07

Müğənni 61 yaşlı məşhur aparıcıdan hamilə qaldı, 5 min dollar alıb BUNU ETDİ

23 Sentyabr 2017 13:03

İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir

23 Sentyabr 2017 13:02

Hərbi təlimlərlə bağlı son məlumat

23 Sentyabr 2017 12:59

Elmar Məmmədyarov Bruno Leingkone ilə görüşdü

23 Sentyabr 2017 12:58

“Cənubtikintiservis”in səhmləri bu il 14% bahalaşıb

23 Sentyabr 2017 12:57

Qalın gödəkçələri evdə təmizləməyin 7 QIZIL QAYDASI

23 Sentyabr 2017 12:53

Sabah ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri başlayır

23 Sentyabr 2017 12:52

Qadınları satan Vəfa kimdir?

23 Sentyabr 2017 12:52

Bakıda qoyun oğruları tutuldu

23 Sentyabr 2017 12:49

Aygünün qızı anasının konsertinə bu geyimdə GƏLDİ - FOTOLAR

23 Sentyabr 2017 12:48

Nazarov 90 dəqiqə oynadı

23 Sentyabr 2017 12:47

Millimizin heyəti açıqlandı

23 Sentyabr 2017 12:47

Azərbaycanlı futbolçu Almaniyada het-trik etdi

23 Sentyabr 2017 12:47

Çindən gözlənilməz addım

23 Sentyabr 2017 12:45

“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq

23 Sentyabr 2017 12:44

Lütfi Zadənin dəfninin təşkili Hacıbala Abutalıbova tapşırılıb

23 Sentyabr 2017 12:39

Şəhərin mərkəzində BİABIRÇILIQ: hamının gözləri qarşısında CİNSİ ƏLAQƏYƏ GİRDİLƏR - FOTO (18+)

23 Sentyabr 2017 12:38

Robot stomatoloq ilk əməliyyatını edib

23 Sentyabr 2017 12:35

2020-ci ildə Yer kürəsi sakininin hər birinə 4 internetə qoşulan qurğu düşəcək

23 Sentyabr 2017 12:35

“SOCAR Methanol” builki istehsal planının 80%-ni yerinə yetirib

23 Sentyabr 2017 12:32

ABŞ prezidentinin oğlu "Di Si Yunayted" klubunun uşaq komandasında futbol oynayır

23 Sentyabr 2017 12:32

Doğuş çatlarını azaldan təbii üsullar

23 Sentyabr 2017 12:30

Azərbaycan və Türkiyə döyüş təyyarələrinin TƏLİM GÖRÜNTÜLƏRİ - VİDEO

23 Sentyabr 2017 12:28

Sabah hava NECƏ OLACAQ?

23 Sentyabr 2017 12:23

İtkin düşən 13 yaşlı oğlanın axtarışları davam edir

23 Sentyabr 2017 12:19

ABŞ-ın bir addımlığındakı Rusiyanın MƏXFİ ÖLÜM BAZASI: kabus şəhər HAQDA BİLMƏDİKLƏRİNİZ - FOTO

23 Sentyabr 2017 12:18

Yeni Zelandiya parlamentinin üzvlüyünə azərbaycanlı namizəd: "Azərbaycanla əlaqələrin inkişafı üçün çalışacağam"

23 Sentyabr 2017 12:17

"Azərbaycan işğalla heç vaxt barışmayacaq" - Məmmədyarov

23 Sentyabr 2017 12:14

Vergilər “nazir”inə qarşı SUİ-QƏSD EDİLDİ

23 Sentyabr 2017 12:13

Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər?

23 Sentyabr 2017 12:09

"Baladadaşın toy hamamı" başlayır

23 Sentyabr 2017 12:09

Şimşək çaxacaq, yağış yağacaq - SABAH

23 Sentyabr 2017 12:04

Müdafiə Nazirliyi “TurAz Qartalı - 2017” birgə taktiki təlimlərinin görüntülərini yayıb

23 Sentyabr 2017 12:02

“Ziraat Bank (Azerbaijan)”ın Müşahidə Şurasının tərkibi tam yenilənib

23 Sentyabr 2017 12:02

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

23 Sentyabr 2017 12:02

"MOYKA"da rəzalət - işçini oturacağa bağlayıb...

23 Sentyabr 2017 12:02

Öskürəyin qarşısını almağın ən sadə və FAYDALI YOLU

23 Sentyabr 2017 11:58

Yevlaxda 33 yaşlı kişi yaralı vəziyyətdə su kanalından tapılıb

23 Sentyabr 2017 11:57

“TurAz Qartalı - 2017” təlimi davam edir - VİDEO

23 Sentyabr 2017 11:54