Bu sahibkarlara güzəşt tətbiq ediləcək

Bu sahibkarlara güzəşt tətbiq ediləcək
16:29 5 Yanvar 2015
174 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əlilliyi olan şəxslər və 15 yaşı tamam olan sağlamlıq imkanları məhdud uşaqlar üçün yenilik olacaq. Lent.az-ın məlumatına görə, həmin şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə işəgötürənlərə vergi və sığorta güzəştlərinin müəyyən olunması barədə təkliflər hazırlanacaq. Bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramında öz əksini tapıb.

Bununla bağlı Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Maliyyə, Ədliyyə nazirliklərinə tapşırıqlar verilib.

Bundan başqa, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş  həvəsləndirmə mexanizmlərinin  tətbiq edilməsi ilə bağlı qanunvericilik  təkmilləşdiriləcək. Bununla bağlı Nazirlər Kabineti, Vergilər, İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə nazirlikləri və Dövlət Sosial Müdafiə Fondu müvafiq işlər görəcək.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR