Məşhur “Cihadi-Tolik” öldürüldü

Məşhur “Cihadi-Tolik” öldürüldü
14:24 21 Oktyabr 2016
101 Digər
Ölkə mətbuatı
A- A+

Əslən Rusiyadan, Sibirin Noyabrsk şəhərindən olan “Cihadi-Tolik” ləqəbli İŞİD üzvü Mosul uğrunda gedən döyüşlərdə həlak olub. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, əsil adı Anatoli Zemlyanka olan “Cihadi-Tolik” İŞİD sıralarında cəllad kimi tanınırdı. O, onlarla şəxsin edamını şəxsən həyata keçirib.

Məlumata görə, “Cihadi-Tolik” Noyabrskda  daha iki nəfəri, Aleksey P. və Ruslana S. adlı gəncləri də öz təsirinə salaraq Suriyaya aparıb və İŞİD sıralarına qoşub.

“Cihadi-Tolik” milliyyiətcə rusdur və beynəlxalq axtarışda idi.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR