Çovdarov soydu, ürəyi dözməyib öldü

Çovdarov soydu, ürəyi dözməyib öldü
14:52 21 Oktyabr 2016
194 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən ilin oktyabr ayının 17-də MTN şefi Eldar Mahmudov tutduğu vəzifədən kənarlaşdırıldıqdan, adıçəkilən qurumdakı məlum həbslərdən sonra "General bandası"nın çoxsaylı cinayətləri üzə çıxdı.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, uzun illər Mahmudov-Çovdarov qruplaşmasının əslində total şəkildə cinayətkarlıqla məşğul olduqları, bu iş üzrə zərərçəkənlərin ardı-arası kəsilmədən Baş Prokurorluğa şikayət etmələri bunu bir daha sübut etdi. Məlum oldu ki, MTN "çete"si işgəncə, hədə-qorxu və şantajla vəzifəli şəxslərin, iş adamlarının pullarını əllərindən alıb, onları müflis ediblər. Bu işgəncələrdən, təhdidlərdən qorxan, ağır stress keçirənlərin bəziləri isə sonradan ürək çatışmazlığından dünyasını dəyişib...

17 oktyabr 2009-cu il

Əntiq əşyaların satışı ilə məşğul olan Bakı şəhər sakini Əbil Vəzirov "Beşmərtəbə"dəki "Moda" mağazasını açarkən ağlına da gətirməzdi ki, ailəsinin qazanc yeri olan bu dükana görə təhdidlərlə üzləşəcək. Nə biləydi ki, adını eşitdiyi, heç vaxt qapısının kandarına ayaq qoymadığı quruma - MTN-ə aparılacaq, sorğu-sual ediləcək, hədələrə məruz qalacaq. Sonda müflisləşəcək, maddi və mənəvi sıxıntılara tab gətirə bilməyəcək, həyatını itirəcək.

17 oktyabr 2009-cu il. MTN-dəki məlum həbslərdən 6 il öncə. Səhər saatlarında adəti üzrə işə gələn Ə.Vəzirov bir qədər keçmiş dükanın qarşısında qara maşın dayandığını görür. Mağazanın qapısı açılır və qəflətən içəriyə iki nəfər daxil olur. "Çağırılmamış qonaq"lar özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra mağaza sahibindən və satıcılardan onlarla birlikdə getməyi tələb edirlər. Ə.Vəzirov "haraya, nə səbəbə görə getməliyik?" deməyə belə macal tapmır. Mağazaya soxulanlar onu və satıcıları - Nailə Vəlibəyova və Leyla Məhərrəmovanı özləri ilə Beynəlxalq Hava Limanına aparırlar.

On saat MTN-də saxlanılan iş adamı

Zərərçəkmiş Şərəf Vəzirova ifadəsində göstərib ki, həyat yoldaşı Əbil Vəzirovun "Beşmərtəbə"nin yaxınlığında "Moda" suvenir mağazası olub. Həmin mağaza əntiq əşyaların satışı ilə məşğul olub. Həmin əşyaları ayrı-ayrı şəxslərdən alıb pərakəndə satışını həyata keçirməklə ailəsini dolandırıb.

2009-cu ilin oktyabr ayının 17-də MTN əməkdaşları Əbil Vəzirovu və satıcıları Nailə Vəlibəyova ilə Leyla Məhərrəmovanı saxlayaraq özləri ilə birlikdə Beynəlxalq Hava Limanına aparıblar. Onları aparan şəxslər özlərini polis əməkdaşları kimi təqdim etsələr də, sonradan MTN əməkdaşları olması məlum olub. Leylanı yolda düşürüblər, Əbil Vəzirovla Nailə Vəlibəyovanı isə geri qaytarıb MTN-in inzibati binasına gətiriblər. Orada Ə.Vəzirova hədə-qorxu gəliblər, Mişa adlı şəxsə qanunsuz əntiq əşya satmasını etiraf etməyi tələb ediblər. Ə.Vəzirovu və Nailə Vəlibəyova 10 saatdan artıq MTN-də saxlayıblar.

"Çovdarov deyib ki, 200 min dollar gətir, əks halda..."

MTN-də olarkən Akif Çovdarov Əbil Vəzirovdan 200 min dollar gətirməyi tələb edib. Əks halda, onu da Mişa kimi həbs edəcəyi ilə hədələyib. Qanqsterin hədələrindən qorxuya düşən mağaza sahibi MTN-dən buraxılandan sonra dost-tanışa, qohum-əqrəbaya ağız açmalı olub. Ümumilikdə 80 min dollar toplayan Ə.Vəzirov MTN-ə gedərək həmin məbləği şəxsən Akif Çovdarova verib. Pulları alan Çovdarov "bu barədə bir adama bir kəlmə söz desən, səni həbs edəcəyəm" deməklə mağaza sahibinə xəbərdarlıq edib.

Müflisləşən mağaza sahibi evini girov qoyub

Bu hadisədən sonra Ə.Vəzirov qorxusundan "Moda" mağazasını bağlayıb. Maddi vəziyyəti pisləşib, borcları ödəmək üçün bankdan kredit götürməyə məcbur olub. 2011-ci ildə iki dəfə kredit götürüb. Banka olan kreditləri bu günə kimi tam ödəyə bilməyiblər. Hazırda banka borcları var, yaşadıqları mənzil isə girovdadır.

Başına gətirilənlərdən qorxuya düşən, ağır stress keçirən Ə.Vəzirov ötən ilin oktyabr ayının 22-də qəflətən dünyasını dəyişib. Ölümünə səbəb kəskin ürək çatışmazlığı olub.

"Mişanı əli qandallı aparırdılar"

Zərərçəkmiş Nailə Vəlibəyova ifadəsində 2005-ci ildən MTN-ə aparılan günə kimi Ə.Vəzirova məxsus "Moda" mağazasında satıcı işlədiyini göstərib. 2009-cu ilin payızında səhər saatlarında işdə olarkən iki nəfər MTN əməkdaşı mağazaya gələrək Mişa adlı şəxsə suvenir satdıqlarını bildiriblər, onunla birgə satıcı işləyən Leylanı, onu və mağaza sahibini qara rəngli maşınla Beynəlxalq Hava Limanına aparıblar. Hava limanında olarkən Mişa adlı müştərilərinin qolu qandallı aparıldığını görüb. Bundan sonra onları MTN-in inzibati binasına gətiriblər. Yolda Basin (indiki Füzuli) küçəsi ərazisində Leylanı maşından düşürsələr də, onları MTN-ə apararaq sorğu-sual ediblər. Mişa adlı müştərinin qaçaqmalçılıq etdiyini, onunla əlbir olduqlarına görə həbs olunacaqları ilə hədələyiblər. Axşam saatlarında əvvəl satıcını, ondan bir neçə saat sonrasa dükan sahibini buraxıblar.

Ertəsi gün işə gələn mağaza sahibi satıcısına MTN-də ondan külli miqdarda pul tələb etdiklərini bildirir. Odur ki, satmaq üçün onlara antikvar əşyalar verən şəxslərə zəng vuraraq həmin əşyaları geri qaytarıblar. Bundan sonra isə Ə.Vəzirov mağazanı bağlayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Qarabağ" Bakıda məğlubedilməzdir - RƏQƏMLƏR

26 Sentyabr 2017 13:29

"Azərbaycan multikulturalizmi" fənni daha iki xarici universitetdə tədris olunacaq

26 Sentyabr 2017 13:27

Heydər Əliyev prospektində yol qəzası olub, xəsarət alan var

26 Sentyabr 2017 13:27

ATƏT-in Varşava toplantısının ardından

26 Sentyabr 2017 13:23

Çin hakimiyyəti Vatsapı blokladı

26 Sentyabr 2017 13:23

Zakir Həsənov İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

26 Sentyabr 2017 13:22

Yazarlar Namiq Mənanın sədrliyinə cani-didən alqış dedilər

26 Sentyabr 2017 13:19

Qeyri-adi TOY: gəlinliyi 250 uşaq daşıdı, yol bağlandı- VİDEO

26 Sentyabr 2017 13:18

ƏMDK-nın dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracı rəqabət şəraitində keçib

26 Sentyabr 2017 13:17

Onlayn qatılan sifarişçi qalib oldu

26 Sentyabr 2017 13:16

Polis “Mersedes”in təkərləri altında qaldı - DƏHŞƏTLİ VİDEO

26 Sentyabr 2017 13:13

Erməni təxribatının qarşısı alındı

26 Sentyabr 2017 13:10

Canlı yayında ağlagəlməz üsulla intihar etdi - REAL GÖRÜNTÜ

26 Sentyabr 2017 13:09

Belarusun səhiyyə naziri Azərbaycana səfər edəcək

26 Sentyabr 2017 13:07

İsveçdə naməlum şəxslər məscidi yandırıb, binanın yarısı dağılıb

26 Sentyabr 2017 13:02

Ziyad Səmədzadə: Əmək müqavilələrinin olmaması dövlət büdcəsinin gəlirinin artmasına mənfi təsir edir

26 Sentyabr 2017 13:02

Biləsuvarda 2 uşaq anası intihar edib

26 Sentyabr 2017 13:02

Arriqo Sakki: "Roma" Qarabağ"a "Real Madrid" kimi yanaşmalıdır"

26 Sentyabr 2017 13:02

Ruhi xəstə özünü güllələdi - Cəlilabadda

26 Sentyabr 2017 12:59

Direktor müavini işdən azad olundu

26 Sentyabr 2017 12:59

Hüquq-mühafizə orqanları araşdırmalara başladı

26 Sentyabr 2017 12:58

Rusiya Müdafiə Nazirliyinin idarə rəisinə qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 12:57

31 yaşlı uluduzun 50 yaşlı sevgilisi - FOTOLAR

26 Sentyabr 2017 12:57

Qoca ata-anasını öldürən qatil danışdı: "Bacımla uşağını da öldürəcəkdim"

26 Sentyabr 2017 12:54

Məşhur stilist 1 milyonluq lüks mənzil aldı - FOTO

26 Sentyabr 2017 12:53

XİN: Rusiya hərbi aviasiyasının ABŞ ərazisi üzərindən uçuşları məhdudlaşdırıla bilər

26 Sentyabr 2017 12:52

Bakıda turizm festivalı keçiriləcək

26 Sentyabr 2017 12:52

Azərbaycanda dollar ucuzlaşıb

26 Sentyabr 2017 12:49

Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - Kremlin TORPAQ ŞƏRTİ AÇIQLANDI

26 Sentyabr 2017 12:48

Azərbaycanın növbəti ixrac missiyası Macarıstana gedir

26 Sentyabr 2017 12:47

Azərbaycanlı model çimərlik geyimində - FOTOLAR

26 Sentyabr 2017 12:44

Şimşək çaxacaq, leysan yağacaq

26 Sentyabr 2017 12:44

Üç ay sonra iki dövlətin bölünməsi DƏQİQLƏŞİR - Gizli toplantının ŞİFRƏLƏRİ

26 Sentyabr 2017 12:43

İsraildə patrula hücum olub, 3 nəfər ölüb, biri yaralanıb

26 Sentyabr 2017 12:42

Azərbaycanda “KamAZ” qadının üzərindən keçdi

26 Sentyabr 2017 12:39

Hava KƏSKİN DƏYİŞƏCƏK: ayın sonunadək

26 Sentyabr 2017 12:38

Sabah yağış yağacaq, havanın temperaturu 8 dərəcəyədək aşağı enəcək

26 Sentyabr 2017 12:37

Prokuror Bakıda kafedə cinayət törədən şəxsə cəza istəyib

26 Sentyabr 2017 12:37

"Qarabağ"dan azarkeşlərə müraciət

26 Sentyabr 2017 12:37

"Arsenal"-dan əzmkar qələbə

26 Sentyabr 2017 12:37

Avtonom uçan taksinin sınaqları keçirilib

26 Sentyabr 2017 12:35

NAZİRLİKDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ: sabahdan hava kəskin dəyişəcək

26 Sentyabr 2017 12:34

Prezidentin kürəkəninə qarşı istintaq başlanıldı

26 Sentyabr 2017 12:33

"Əsas olmadan həbs tədbirinin seçilməsinə üstünlük verilir" - Komitə sədri

26 Sentyabr 2017 12:29

Avropanın mərkəzində anti-islam hərəkatı: məscid yandırıldı - VİDEO

26 Sentyabr 2017 12:28

Ötən il Azərbaycanda 29 min 924 kişi ölüb

26 Sentyabr 2017 12:27

Nazim yenidən Türkiyəyə yollandı

26 Sentyabr 2017 12:26

Keçmiş birinci xanım konsert verəcək

26 Sentyabr 2017 12:23

Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının ümumi müzakirələri başa çatıb

26 Sentyabr 2017 12:22

Ekspertlər: Yollardakı tıxaclar qlobal iqtisadiyyatın inkişafına mane olacaq

26 Sentyabr 2017 12:22