Çexiya Senatının sədri Azərbaycana səfər edəcək

Çexiya Senatının sədri Azərbaycana səfər edəcək
15:17 21 Oktyabr 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Gələn ilin birinci yarısında Çexiya Senatının sədri Milan Ştex və ölkənin təhsil naziri Petr Fiala Azərbaycana rəsmi səfərə gələcəklər.
"Report" xəbər verir ki, bu barədə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka keçirdiyi mətbuat konfransında məlumat verib.
"Gələn il Çexiya Senatının sədri və təhsil nazirinin Azərbaycana səfəri gözlənilir. Çox güman, səfər ilin ilk yarısında baş tutacaq. Belə ki, ilin ikinci yarısında ölkəmizdə parlament seçkiləri keçiriləcək", - deyə V.Pivonka bildirib.
Onun sözlərinə görə, Senat sədrinin Milli Məclisin Sədri, Azərbaycan Prezidenti ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, gələn ilin yanvar ayında Bakıda Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR