Yeraltı qaz anbarlarına vurulmalı olan qaz əhaliyə verilir

Yeraltı qaz anbarlarına vurulmalı olan qaz əhaliyə verilir
15:27 21 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər havaların soyuması ilə əlaqədar əhaliyə verilən qazın miqdarı artıb.

Milli.Az report-a istinadən bildirir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neftin qazın nəqli və qaz təsərrüfatı məsələləri vitse-prezidenti Rəhman Qurbanov bildirib.

R.Qurbanov qeyd edib ki, hazırda yeraltı qaz anbarlarına vurulan qazın həcmi azaldılıb və bu həcm əhaliyə verilir. Şirkətin vitse-prezidenti hazırda gündəlik ölkə üzrə əhaliyə 16-17 mln. kubmetr qaz verildiyini bildirib: "Baxmayaraq ki, ölkədə qış rejiminə keçid noyabrın 15-də olmalıdır, "Azəriqaz"ın sistemi qış rejiminə keçmək üzrədir".

O, ölkədə istehsal olunan qazdan əmtəəlik qaza düşən hissənin azaldılmasının səbəbindən danışaraq qeyd edib ki, bu, həm AÇG-də laylara vurulan qazın həcminin artması, həm də qışa hazırlq məqsədilə yeraltı qaz anbarlarına qaz vurulması ilə əlaqədardır: "Ona görə əmtəəlik qaz azalıb".

Onun sözlərinə görə, hələ yeraltı qaz anbarlarına qazın vurulması mövsümü başa çatmayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR