Dələduzluqda təsirləndirilən şəxsə hökm oxunub

Dələduzluqda təsirləndirilən şəxsə hökm oxunub
15:37 21 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Eminovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Eminov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Eminov bir neçə vətəndaşın etimadından sui-istifadə edərək onlara dələduqluq etməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR