“Mühasibat uçotu haqqında” qanuna dəyişiklik edilib

“Mühasibat uçotu haqqında” qanuna dəyişiklik edilib
15:47 21 Oktyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
"Report"un xəbərinə görə, sənədə əsasən, bundan sonra kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dövlət orqanlarına deyil, müvafiq qurumlara təqdim edəcəklər.
Qeyd edək ki, dəyişiklik “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli Qanununun tətbiqi ilə əlaqədar edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR