"Palmas" qrupu "Unudulmayanlar" adlı konsert proqramı ilə Beynəlxalq Muğam Mərkəzində

"Palmas" qrupu "Unudulmayanlar" adlı konsert proqramı ilə Beynəlxalq Muğam Mərkəzində
16:12 21 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

14-15 noyabr 2016-cı il tarixində "Palmas" qrupu "Unudulmayanlar" adlı iki saatlıq akustik konsert proqramı ilə Beynəlxalq Muğam Mərkəzində sizin qarşınıza çıxacaq.

"Palmas" qrupu milli musiqimizə Jazz, Flamenco və digər musiqi janrlarının çalarlarını əlavə edərək, mahnıların orijinallığını və milliliyini qoruyub saxlayaraq, onlara yeni nəfəs verib.

Konsert proqramı iki hissədən ibarət olacaq - birinci hissədə xalq mahniları, folklor; ikinci hissədə isə keçmiş dövrlərin unudulmaz bəstəkar mahnılarına yer veriləcək. 
Gitara, akustik səs, canlı ifa və ən əsası milli musiqini sevənləri üçün "Unudulmayanlar" proqramı maraqlı olacaq. Gəlin keçmişə bərabər səyahət edək! 
Konsertin biletlərini şəhərin bütün kassalarından və www.iticket.az saytından online alış vasitəsi ilə əldə edə bilərsiniz! 
Biletlərin qiyməti 20 -100 manat təşkil edir

Konsert  Gamma agency, CinemaPlus, Emiland, MaxGroup, Azreklam təşkilatl dəstəyi ilə keçiriləcək. 

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR