Futzal üzrə Avropa çempionatında Azərbaycan yığmasının rəqibləri müəyyənləşib

Futzal üzrə Avropa çempionatında Azərbaycan yığmasının rəqibləri müəyyənləşib
17:07 21 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün futzal üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının ilkin və əsas mərhələlərinin püşkü atılıb. "Report"un məlumatına görə, ilkin mərhələdə mübarizə aparacaq komandalar 7 qrupa bölünüb.
5 qrupda 4, 2 qrupda isə 3 yığma çıxış edəcək. Mərhələnin oyunları 2017-ci ildə 23 yanvar - 1 fevral tarixində keçiriləcək.
İlkin mərhələ
A qrupu B qrupu C qrupu D qrupu E qrupu F qrupu G qrupu Gürcüstan Yunanıstan Latviya İngiltərə Norveç Fransa İsveç İsveçrə Moldova Ermənistan Bolqarıstan Kosova Andorra Monteneqro İsrail Uels Estoniya Albaniya Kipr Litva Cəbəllütariq Şotlandiya San Marino Almaniya Malta Kosova
Hər qrupda birinci yeri tutacaq komandalar Azərbaycanın da qoşulacağı əsas mərhələyə vəsiqə qazanacaqlar. Bu mərhələdə 28 komanda çıxış edəcək. Onlardan 7-si ilkin mərhələdən gələn, 21-i isə birbaşa əsas mərhələdən mübarizə qoşulan komandalar olacaq. Mərhələnin sonunda hər qrupun birinci və ikinci yeri və ən yaxşı üçüncü yerin sahibi növbəti mərhələdə iştirak hüququ qazanacaq. 
Əsas mərhələ
1-ci qrup 2-ci qrup 3-cü  qrup 4-cü qrup 5-ci qrup 6-cı qrup 7-ci qrup İtaliya Azərbaycan Ukrayna Portuqaliya İspaniya Qazaxıstan Rusiya Hollandiya Macarıstan Xorvatiya Rumıniya Serbiya Çexiya Slovakiya Belarus Bosniya və Herseqovina Belçika Finlandiya Polşa Makedoniya Türkiyə A-1 D-1 G-1 C-1 B-1 E-1 F-1
Qeyd edək ki, 2-ci qrupun oyunları Azərbaycanda keçiriləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/futzal-uzre-dunya-cempionatinda-azerbaycan-yigmasinin-reqibleri-mueyyenlesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR