Bakıda qonşusunu döyməkdə təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakıda qonşusunu döyməkdə təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb
17:17 21 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cnayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Rövşən Ağamalızadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Ağamalızadə barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü R.Ağamalızadə qonşusu ilə mübahisə edib. Mübahisə zəminində o, qonşusunu döyüb.
R.Ağamalızadə CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurmaq) maddəsi ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR