"Daşkəsən Filizsaflaşdırma"nın özəlləşdirilməsində məsləhət verəcək şirkət müəyyən edilib

"Daşkəsən Filizsaflaşdırma"nın özəlləşdirilməsində məsləhət verəcək şirkət müəyyən edilib
17:27 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Dövlət başçısının "Azərbaycanın metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında" sərəncama əsasən, özəlləşdirmənin səmərəli və ölkənin strateji maraqlarına uyğun keçirilməsi məqsədilə prosesə nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) elan etdiyi açıq tenderdə 8 nüfuzlu məsləhətçi şirkət iştirak edib.
Komitənin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, bu şirkətlərdən 4-ü Komitəyə konsorsium şəklində təklif təqdim edib. Tender Komissiyasının qərarına əsasən, daha səmərəli fəaliyyət planı və ən aşağı qiymət təklif edən KPMG şirkətinin Azərbaycandakı nümayəndəliyi ("KPMG Azerbaijan") tenderin qalibi seçilib.
Tenderin qalibi göstəriləcək məsləhət xidmətləri çərçivəsində “Daşkəsən Filizsaflaşdırma” ASC-nin beynəlxalq norma və standartlar əsasında qiymətləndirilməsini, müəssisənin maliyyə-iqtisadi təhlillərinin aparılmasını, müəssisənin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə tələb olunan investisiyaların təxmini həcminin, istiqamətlərinin müəyyən edilməsini, Komitənin tələbi ilə digər işlərin görülməsini təmin edəcək.
Qeyd edək ki, “Daşkəsən Filizsaflaşdırma”nın investisiya müsabiqəsi üsulu ilə özəlləşdirilməsi zamanı dövlət büdcəsinə ödənişlə yanaşı, ən çox investisiya qoyan və onun daha səmərəli qoyuluşunu təklif edən investorlara üstünlük veriləcək. Özəlləşdirmə nəticəsində yerli xammala əsaslanan, idxalı əvəz edən və ixrac potensiyallı polad məhsulların ölkə daxilində istehsalını təmin edəcək qeyri-neft sektorunda ən böyük klasterin yaradılması nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://report.az/senaye/daskesen-filizsaflasdirma-nin-ozellesdirilmesinde-meslehet-verecek-sirket-mueyyen-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR