Ronaldinyo haqqında MARAQLI FAKT - FOTO

Ronaldinyo haqqında MARAQLI FAKT - FOTO
17:32 21 Oktyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl Bakıya gəlmiş və hazırda da Azərbaycanın idman mediasının gündəmini zəbt etmiş dünya şöhrətli futbolçu Ronaldinyo Qauşo (Ronaldo de Assis Moreyra) ilə bağlı maraqlı fakt üzə çıxıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu, futbolçunun hələ uşaq yaşlarındakı qeyri-adi bacarığı ilə əlaqədardır. Belə ki, gələcəyin futbol məşhuru ilk dəfə 1993-cü ildə Braziliya mətbuatının gündəminə gəlib. Ronaldinyonun tərkibində oynadığı "Bel-Orizonti" komandası rəqibinə 23-0 hesabı ilə qalib gəlib. Maraqlıdır ki, rəqib komandanın qapısından bütün qolları 13 yaşlı Ronaldinyo keçirib.

Bununla da Braziliya mediası onun qeyri-adi oyun qabiliyyətindən yazıb.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR