Nobel mükafatına layiq görülmüş müğənni Bob Dilanın rəsmi saytındakı bu haqda məlumat silinib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, rəsmi səhifədəki Nobellə bağlı xəbər mükafatla bağlı müğənnidən gələn yeganə reaksiya idi.
İsveç akademiyasının katibəsi Sara Daniusun verdiyi məlumata görə, o, Dilanın yaxınları vasitəsilə onunla əlaqə yaratmağa cəhd etsə də, bu, hələ də mümkün olmayıb.
Xatırladaq ki, Dilan bu mükafata layiq görüldükdən sonra yoxa çıxıb.
Mələk